DSMF-nin vəzifəli şəxsləri cəzalandırılıb


18:16     13 Mart 2018 2018/03/85178325aa7aa725aa73-1520939338_1520939614.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilə dair fəaliyyətinin yekunlarına və Fondun qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.


Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən xəbərə görə, iclasda 2017-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülmüş işlərin yekunları ətraflı müzakirə edilib.

Müsbət nəticələrlə yanaşı, əhaliyə xidmət sahəsində yol verilmiş nöqsan və çatışmazlıqlardan da bəhs olunub, fəaliyyətini düzgün qurmayan vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün qərarlar qəbul olunub, fəaliyyət sahələrinə dair müvafiq tapşırıqlar verilib.

Femida.az

Açar sözlər: #DSMF   #İclas   #Cəza  

Oxunub: 1627