Binəli Yıldırım Bakıya gəlir


19:34     13 Mart 2018 2018/03/bineli-yildirim-teyyare_1520940971.jpg

Türkiyənin baş naziri Binəli Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil ediləcək 6-cı Qlobal Bakı Forumuna qatılacaq.


Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir 6-cı Qlobal Bakı Forumuna qatılmaq üçün martın 14-15-də Bakıda olacaq.

Binəli Yıldırım Bakı səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. Daha sonra o, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasizadə ilə görüşəcək.

Femida.az

Açar sözlər: #Binali   #Bakı   #Səfər   #Prezident  

Oxunub: 1245