Mingəçevir "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb


19:48     13 Mart 2018 2018/03/images_cms-image-000422611-1520939394_1520942140.jpg

Bu gün KİV nümayəndələrinin iştirakı ilə Mingəçevir “ASAN Həyat” regional kompleksinə tanışlıq səfəri təşkil olunub.


Femida.az-ın xəbərinə görə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, Mingəçevir “ASAN Həyat” kompleksi fəaliyyət göstərdiyi bir gün ərzində bölgənin 1100-dən çox vətəndaşına xidmət göstərib.

A. Hüseynov bildirib ki, kompleksdə çalışan əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərəcək O, bölgə sakinlərinin “ASAN Həyat” kompleksinin fəaliyyətindən razılıqla, minnətdarlıqla danışmasını ölkə daxilində bu yeni xidmət növünə münasibətin birmənalı şəkildə müsbət olmasının ifadəsi kimi qiymətləndirib.

Mingəçevir regional “ASAN Həyat” kompleksində 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir. Bundan əlavə mərkəz 68 növ funksional yardımçı xidmət (bank, sığorta, hüquqi yardım, tərcümə, foto, tibb xidmətləri və başqaları) həyata keçirir.

Femida.az

Açar sözlər: #Mingəçevir   #Funksional   #Ağdaş   #Yevlax  

Oxunub: 1933