Yasamalda mənzildən qadın meyiti tapılıb


22:07     13 Mart 2018 yasli%20qadin%20meyit.jpg

Yasamalda mənzildən 69 yaşlı qadın meyiti tapılıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1949-cu il təvəllüdlü Məmmədova Rifan Hacıbaba qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #Qadın   #Meyit   #FHN  

Oxunub: 972