ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə qadın rəhbərlik edəcək


23:32     13 Mart 2018 2018/03/haspel_1520948091.jpg

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) təşkilatın tarixində ilk dəfə olaraq qadın rəhbərlik edəcək.


Femida.az-ın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

D. Tramp dövlət katibi vəzifəsinə CİA-in hazırkı direktoru Mayk Pompeonu təyin edəcəyini açıqlayıb. M. Pompeonun kreslosunu isə Cina Haspel tutacaq. Hazırda C. Haspel CİA direktorunun 1-ci müavini vəzifəsini tutur.

Hər iki təyinat Senatın təsdiqindən keçməlidir.

Femida.az

Açar sözlər: #CİA   #Tramp   #direktor   #ABŞ  

Oxunub: 704