Məhkəmədə faciə: Şahid güləlləndi - VİDEO


21:40     13 Mart 2018 18_03_13_1520948226.jpg

BŞ-ın Yuta ştatındakı Solt-Leyk-Siti şəhərinin məhkəməsində qanlı olay yaşanıb.



Femida.az Daily Mail-ə istinadən bildirir ki, şəhərdəki küçə bandalarından birinin üzvü, 25 yaşlı müttəhim Siale Aneqilau iclas əsnasında şahid ifadə verərkən yerindən durub, vəkilinin qarşısındakı qələmi götürüb. Daha sonra o, rəqib bandanın üzvü olan şahidin üzərinə atılaraq onu öldürmək istəyib.

Şahid yerindən atılaraq zərbədən yayınıb. Qadın polis zabiti ona 4 dəfə atəş açaraq Anqilaunu güllələyib. Bu zaman digər polis zabiti qışqırırdı: "Qələmi at! At o qələmi!"

Siaelinin vəkili masanın altına girib, prokurorlar isə şokda idilər. Aqilau aparıldığı xəstəxanada keçinib.


Açar sözlər: #Məhkəmə   DayTube  

Oxunub: 4156