Köhnə və yeni Ramana birləşdirilir - VİDEO


23:26     13 Mart 2018 2018/03/ramana-yol_1520949055.jpg

Yeni və köhnə Ramana qəsəbələrini birləşdirəcək yeni yol inşa edilir.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, uzun illərdir köhnə və yeni Ramana qəsəbələri arasında birbaşa yol bağlantısı olmayıb. Hər iki qəsəbənin 12 mindən artıq əhalisi gediş-gəliş kimi əlavə bir-neçə km yol qət etməli olublar. Bu isə yük və sərnişin daşımasında xeyli problemlərə gətirib çıxarırdı. Yeni yolun inşası ilə sadalanan problemlərin birdəfəlik həlli hədəflənir.

Tikinti işlərinin növbəti mərhələsi kimi yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Yol boyu hərəkətin normal təşkili üçün sonuncu mərhələdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da qısa müddət ərzində yolun tam yeni və müasir şəkildə inşası yekunlaşdırılaraq hər iki qəsəbənin əhalisinin istifadəsinə verilməsi planlaşdırılır.



Femida.az

Açar sözlər: #Ramana   #Agentlik   #lövhə  

Oxunub: 1557