Qar Şamaxını iflic etdi - VİDEO
22:58 13 Mart 2018
Dünən günorta saatlarından başlayaraq Şamaxıya yağan qar və yolların buz bağlaması hərəkəti iflic edib. Ucqar kəndlərə daha çox qarın yağması bu kəndlərə gediş-gəlişi çətinləşdirib.
Femida.az ARB Şəki-yə istinadən xəbər verir ki, təxminən 25-30 sm qalınlığında olan qar və buz Şamaxı-Pirqulu yolunda nəqliyyatın hərəkətini çətinləşdirib. Rayonun Qızmeydan, Qəleybuğurd, Pirbəhli, Keçmədil, Qaladərəsi, Sis, Dəmirçi, Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb.
Kəndlərə gedən bəzi sürücülər öz minik avtomobilini yolun kənarında saxlamalı olub, bəziləri isə digər yük avtomobilləri vasitəsilə hərəkət ediblər.
Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, hazırda yollara qum-duz qarışığı səpilir, yollar qardan təmizlənir.
Bakı-Şamaxı-İsmayıllı magistralının bəzi hissələrində, Qobustan, Ağsu, Pirqulu yolunda kəskin duman müşahidə olunur.
Ərazidə havanın şaxtalı olması səbəbindən yolların yenidən buz bağlayacağı istisna edilmir. Bu istiqamətdə hərəkət edəcək sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.
Oxunub: 1367
Oxşar xəbərlər
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Azərbaycan XİN: "Azərbaycanın ərazi bütövlüyünə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq"
- Azərbaycan MN: "Ermənistan mətbuatının məlumatları qarşı tərəfin böhtan xarakterli növbəti yalanıdır"
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışlayıb
- Suraxanıda məişət zorakılığının qarşısının alınması məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilir