Dəmiryol stansiyasında narkotik satan şəxs tutuldu


00:07     14 Mart 2018 hebs.jpg


Dəmiryol stansiyasında narkotik satan şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi əməkdaşları tərəfindən Siyəzən rayonunun Qızılburun stansiyası ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Əliyev olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan çəkisi 475 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Quba   #DİN   #narkotik   #kriminal   #Siyəzən  

Oxunub: 869