Türk ordusundan böyük qələbə: Afrinin sonuncu kəndi də alındı


00:34     14 Mart 2018 18_03_13_1520958876.jpg


Türkiyə Silahlı Qüvvələri və ASO Afrində daha 3 kəndi terrorçulardan azad edib. Femida.az xəbər verir ki, bu barədə TSQ-dan informasiya yayılıb.



Məlumata görə, Afrin istiqamətində Masaracık, Qarabaş və Aşağı Kefer kəndləri terrorçulardan tamamilə təmizlənib.

Axşam saatlarında isə TSQ və ASO Afrinin mərkəzindən cənub-şərqdə yerləşən sonuncu kənd olan Der Mişmiş kəndini də terrorçulardan təmizləyib.

Qeyd edək ki, TSQ bu gün ümumilikdə 7 kəndi terrorçulardan azad edib.

Femida.az

Açar sözlər: #Afrin   #Türkiyə   #Suriya   #terror   #ordu  

Oxunub: 4591