Ermənilər Qarabağda tank təlimlərinə başladı


01:28     14 Mart 2018 18_03_13_1520962121.jpg


Erməni ordusu Qarabağın işğal olunmuş ərazilərində tank təlimlərinə başlayıb.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlərdə əsas diqqət atəşin aparılması formalarına və metodlarına, döyüş vəziyyəti nəzərə alınmaqla şərti rəqibin hədəflərinin sıradan çıxarılması xüsusiyyətlərinə yönəldiləcək.

Xatırladaq ki, hazırda Azərbaycan ordusu cəbhəyanı zonada 25 min nəfərin iştirak etdiyi genişmiqyaslı təlimlər keçirir.

Femida.az

Açar sözlər: #Ermənistan   #ordu   #Qarabağ   #Müdafiə_Nazirliyi  

Oxunub: 1207