Aeroport yolunda maşın yandı - Böyük tıxac yarandı


01:40     14 Mart 2018 18_03_13_1520962754.jpg


Bakıda avtomobilin yanması böyük tıxac yaradıb.

Femida.az Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionu tərəfdən keçən hissəsində (hava limanı istiqamətində) nəqliyyat vasitəsində yanğın baş verib.

Bu səbəbdən də metronun "Koroğlu" stansiyasından hava limanına gedən istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Femida.az

Açar sözlər: #Bakı   #aeroport   #yanğın   #maşın   #FHN   #BNA  

Oxunub: 1236