Axtarışda olan 33 nəfər saxlanılıb


13:26     14 Mart 2018 1356524159_polis1_922155415.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 94 cinayət faktı qeydə alınıb, onlardan 21-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş veriş, nəticədə 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #Polis   #Axtarış   #Həbs   #DİN  

Oxunub: 684