Stiven Hokinq vəfat edib


13:30     14 Mart 2018 2018/03/Stiven-Hokinqi-yaxindan-taniyin14338_1521005944.jpg

Tanınmış astrofizik, britaniyalı alim Stiven Hokinq 76 yaşında dünyasını dəyişib.

Femida.az Guardian”-a istinadən xəbər verir ki, alim Kembricdə vəfat edib. Lüsi, Robert və Tim atalarının ölümü ilə bağlı bəyanat yayıblar: “Biz sevimli atamızın bu gün səhər saatlarında vəfat etdiyinə görə üzgünük. O, böyük alim və qeyri-adi insan idi. Onun işləri və irsi hələ xeyli illər yaşayacaq. Onun cəsarəti, inadı və yumoru dünyada insanlara ilham verirdi”.


Femida.az

Açar sözlər: #Alim   #Vəfat   #Britaniya  

Oxunub: 1318