Gəncədə mebel sexi yanıb


14:43     14 Mart 2018 femida%20yangin.jpg

Gəncə şəhərində hər mərtəbəsi 250 m2 olan ikimərtəbəli mebel sexinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m2 sahədə və 1 ədəd dəzgah, 2-ci mərtəbənin yanar konstruksiyaları 136 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 250 m2 sahədə yanıb.

FHN-dən Femida.az-a verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Femida.az

Açar sözlər: #Yanğın   #Gəncə   #FHN  

Oxunub: 749