50 yaşlı kişi dərmandan zəhərlənərək öldü


15:29     14 Mart 2018 zeherlenme.png

Ağdamda 50 yaşlı ruhi xəstə qəbul etdiyi dərmandan zəhərlənərək ölüb.


Femida.az xəbər verir ki, rayonun Çəmənli kənd sakini Qurbanov Ülfət Məhəmməd oğlu sakitləşdirici həbin miqdarını artıq qəbul etdiyi üçün həyatını itirib.

Kənd sakinlərinin verdiyi məlumata görə, Ü.Qurbanov uzun illərdir ruhi xəstədir və əsəb dispanserində qeydiyyatdadır.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Zəhərlənmə   #Ağdam  

Oxunub: 773