" Orda-burda ağızlarını əyə-əyə... " - Yaqub Mahmudov


15:41     14 Mart 2018 477114952ff10221c9651392447522_yaqub%20mahmudov%20(15).jpg

"Bu gün Tarix İnstitutuna qara yaxanlar var. "Facebook"da, orda-burda ağızlarını əyə-əyə bizi ermənifobiyada ittiham edirlər".


Bu sözləri azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib. "Xocalıda günahsız insanları qətlə yetirən ermənilərin başını sığallamalıyıq?! Mən instituta rəhbərlik etdiyim dövrdə 412 kitab çap olunub. Bunun yalnız 12-si soyqırımılarla bağlıdır. Mən üzümü ölkə daxilindəki bədxahlarımıza tutaraq deyirəm ki, bizim yazdığımız əsərləri oxusunlar və fikirlərini dəyişsinlər", - deyə o, söyləyib.

Y. Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Hindistan arxiv sənədləri əsasında kitablar çap olunacaq. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1527