Nazirlik sahibkarlara vaxt verdi - Martın sonunadək
16:10 14 Mart 2018
Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi, şəffaflığın təmin edilməsi, idarəetmə prinsiplərinin yenidən təşkili və gələcək iş fəaliyyətinin əsas istiqamətlərinin vergi orqanları əməkdaşlarına və sahibkarlara çatdırılması məqsədilə mart ayının 5-dən 9-dək vergi xidməti əməkdaşları və iş adamları ilə görüşlər keçirilib.
Vergilər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Bakı şəhərində Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti, Bakı şəhəri Lokal və Kiçik Sahibkarlıqla İş Departamenti, eləcə də ərazi vergi orqanlarının yerləşdikləri və əhatə dairəsində olan 12 şəhərdə - Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Lənkəran, Şəmkir, Quba, Göyçay, Qəbələ, Zaqatala, Şamaxı və İmişlidə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş görüşlərdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 4000-ə yaxın vergi ödəyicisi iştirak edib.
Görüşlərdə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, vergi sistemində də son dövrlərdə geniş islahatlar aparılır. Hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də ictimaiyyətin nümayəndələrinin fikir və təklifləri öyrənilir. Bu prosesdə sahibkarlar təşəbbüskar olmalı, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-dək nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər.
Görüşlərdə vergi ödəyicilərinə ünvanlanmış müasir vergi siyasətinə uyğun tələb və gözləntilər, vergilərin könüllü ödənilmə səviyyəsinin yüksəldilməsi, vergi uçotunun təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında münasibətlərin qarşılıqlı hörmət və etimad əsasında qurulmasının vacibliyi, vergi auditinin gəlir və xərc sənədlərinə əsasən aparılması, vergi qanunvericiliyi, vergi inzibatçılığı və digər məsələlər barədə vergi ödəyiciləri ilə işgüzar şəraitdə müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Femida.az
Oxunub: 2410
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"