Rumıniyalı deputat Qarabağdan danışdı: "Regionun sabitliyinə mane olur"
16:27 14 Mart 2018
Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir.
Femida.az xəbər verir ki, bunu Trend-ə Rumıniya parlamentinin deputatı, Azərbaycan və Rumıniya arasında parlament əməkdaşlıq qrupunun rəhbəri Viktor Pol Dobre deyib.
O bildirib ki, Rumıniyanın Dağlıq Qarabağla bağlı mövqeyi hər zaman aydın olub: "Bizim uzanmış münaqişələrin dəyərləndirilməsi ilə bağlı mövqeyimiz aydındır. İnsanların faciəvi ölümlərinə və əziyyətlərinə səbəb olan bu cür münaqişələr regionun sabitliyinə və dayanıqlı inkişafına mane olur. Biz bundan sonra da Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllini dəstəkləməyə davam edəcəyik".
Deputat onu da qeyd edib ki, münaqişənin həlli prosesi ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsaslanmalıdır:
"Biz həmçinin ATƏT Minsk qrupunun səylərini dəstəkləyirik və ümid edirik ki, bu səylər müsbət nəticələrə gətirib çıxarıb".
Femida.az
Oxunub: 1045
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək