Sabahdan hava mülayimləşəcək - PROQNOZ
16:46 14 Mart 2018
Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-11, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Femida.az
Oxunub: 1145
Oxşar xəbərlər
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- Bakı hava limanında ölən şəxs görün, kimin oğlu imiş
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Hava ilə bağlı xəbərdarlıq
- Sabahın hava proqnozu açıqlanıb
- Hava ilə bağlı açıqlama
- Hava ilə bağlı XƏBƏRDARLIQ
- Hava ilə bağlı XƏBƏRDARLIQ