Yağışlı hava Bayılda təhlükəni artırır? - AÇIQLAMA


16:59     14 Mart 2018 xsurusme.jpg.pagespeed.ic.Dfue37anXr.jpg

Ölkə ərazisində müşahidə edilən yağışlı hava şəraiti Bakıda və Abşeron yarımadasında mövcud torpaq sürüşməsi sahələrinin nisbi aktivləşməsinə səbəb olub.


Bu barədə Femida.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, Zığ , “Zəli” gölü və Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir.

“Son günlər havaların yağmurlu keçməsi ənənəvi sürüşmə sahələrində nisbi aktivliyə səbəb olub. Lakin Bayıl sürüşmə sahəsində vəziyyət stabildir və ciddi dəyişiklik yoxdur. Orada qoyulan mayaklarda, tirlərdə artım müşahidə edilməyib”.

Femida.az

Açar sözlər: #Bakı   #Abşeron   #sürüşmə  

Oxunub: 1259