Türk ordusu Afrində yalnız bu kəndə toxunmadı – Səbəbi...


17:27     14 Mart 2018 turkiye%20femida%20ordu.jpg


Türkiyə Silahlı Qüvvələri Afrində Ayn Dara, Qazaviyə və İskan kəndlərini alaraq mühasirə həlqəsini tamamlayıb.

Türk əsgəri terrorçuların zorla canlı bomba etmək istədiyi mülki insanların qaça bilməsi üçün Afrində yalnız bir əraziyə toxunmayıb.

Məlumata görə, PKK zülmündən qaçanların Afrini rahat şəkildə tərk edə bilməsi üçün TSQ yalnız Kirazlı kəndini müvəqqəti olaraq hərbi əməliyyatlar ərazisindən kənarlaşdırıb.

Bununla yanaşı, mülki vətəndaşların qorunması və təhlükəsiz bölgələrə keçidini təmin etmək üçün 3 istiqamət müəyyən edilib. Təyin edilən istiqamətlər vasitəsilə mülki şəxslərin Hələb-Nubl, “Fərat qalxanı” ərazisinə və İdlibə təhlükəsiz şəkildə getməsinə imkan yaradılıb./axar.az

Femida.az

Açar sözlər: #türk   #ordu   #Afrin   #Suriya   #terror  

Oxunub: 3702