Erməni-rus münasibətləri gərginləşdi: Qapalı iclasdan DETALLAR


20:10     14 Mart 2018 18_03_14_1521029413.jpg


Dünən Ermənistan parlament binasında parlamentin xarici əlaqələr komitəsinin və RF federal şurasının beynəlxalq əlaqələr üzrə komitəsinin birgə iclası keçirilib.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, iclas bağlı qapılar arxasında keçirilib. İclasın niyə bağlı qapılar arxasında keçirilmə səbəbi məlum deyil. Rəsmi bəyanata əsasən, iclas zamanı Ermənistan-Rusiya münasibətləri, Avrasiya İqtisadi Əməkdaşlıq Birliyi çərçivəsində mal dövriyyəsinin artırılması, investisiyaların təşviq edilməsi, Yuxarı Lars keçid məntəqəsinə alternativ marşrutların açılması və digər oxşar məsələlərin zəruriliyi müzakirə edilib.

İlk baxışdan gündəmdə və ya çıxışlarda gizli bir şeyin nə olduğunu başa düşmək çətindir. Lakin məlum olub ki, iclasın həqiqətən gizlilik şəraitində keçirilməsinin əsaslı səbəbi var. Nədənsə iclas ilk öncə parlamentin 334-cü zalında başlayıb və sonra başqa zala keçirilib.

Erməni millət vəkillərinin fikrincə, rus qonaqlar bir-birinin arxasında oturmaqdan şikayət edib, çox rahat olmadığını və dəyirmi masa ətrafında oturmaq və hər kəsin əhval-ruhiyyəni hiss edə bilmək istədiklərini bildiriblər. Erməni tərəfi qonaqların istəyini dərhal təmin edib.

İclasda iştirak edən şəxslərdən biri bildirib ki, iclas zamanı Rusiya tərəfi, xarici siyasət məsələləri ilə bağlı ümumi mövqe nümayiş etdirilməsinin vacibliyini tez-tez diqqətə çatdırıb. Aydın desək, Rusiyanın mövqeyi nədirsə, Ermənistan da avtomatik olaraq bunu etməlidir. Daha dəqiq, Rusiyada anti-Amerika düşüncəsi günbəgün yox, hər saat böyüyür. ABŞ Rusiyaya iqtisadi sanksiyalar tətbiq edir, Rusiya isə ABŞ-a qarşı müqavimət yolları düşünür.

Rusiya millət vəkilləri deyirlər ki, Amerika Birləşmiş Ştatlarına qarşı bir ümumi və vahid cəbhədən çıxış etməliyik. Rus deputatlarının sözlərinə görə, Ermənistan və Rusiya müttəfiq ölkədirlərsə və ABŞ Rusiyanın düşmənidirsə, Ermənistan da ABŞ-ı düşmən ölkə kimi qəbul etməlidir.

Yığıncaqda iştirak edən Ermənistan parlamentinin bəzi üzvləri rus həmkarlarına etiraz edib, bir qismi isə əsrlər boyu olan erməni-rus "dostluğu"nun ümumi mənzərəsini pozmamaq üçün rus tərəfdaşlarına cavab verməyiblər.

Ümumiyyətlə, görüş təmamilə gərgin vəziyyətdə keçib və rusiyalı deputatlar iclas zalını narazı şəkildə tərk ediblər.

Femida.az

Açar sözlər: #Rusiya   #Ermənistan   #siyasət  

Oxunub: 1344