Xanım aparıcını küçədə döyən şəxs tutuldu


21:07     14 Mart 2018 18_03_14_1521032328.jpg


Keçmiş aparıcı Sevinc Camalova küçədə tanımadığı kişi tərəfindən döyülüb.

Femida.az-ın 1news.az-a istinadən xəbərinə görə, polis həmin şəxsi tapıb.

Polis idarəsindən bildirilib ki, günahlandırılan şəxs məsələ ilə bağlı izahat verib:

"Xanımın aldığı zədəni müəyyən etmək üçün tibbi-ekspertizaya göndərilib. Şübhəli şəxs həbs olunmayıb, amma ölkədən çıxışına qadağa qoyulub. Hələ istintaq aparılır, məhkəmədən sonra şəxs barəsində qərar veriləcək. O, xuliqanlıqda və sağlamlığa qəsdən zərəryetirmədə günahlandırıla bilər".

Qeyd edək ki, Sevinc övladını bağçadan götürəndə tanımadığı bir kişinin ona əxlaqsız sözlər dediyini bildirib:

"Günorta Muradı (oğlu - red.) bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam".

Xatırladaq ki, Sevinc ATV və "Space" kanalında aparıcı kimi çalışıb. O, uzun müddətdir işindən uzaqlaşıb.

Femida.az

Açar sözlər: #aparıcı   #polis  

Oxunub: 942