Bakıda mal-qara daşıyan avtomobil aşdı

Bakıda mal-qara daşıyan avtomobil aşdı

21:22     14 Mart 2018 18_03_14_1521033869.jpg

Bakıda iribuynuzlu heyvanla dolu yük avtomobili aşıb.

Femida.az-ın report-a istinadən xəbərinə görə, hadisə Bakı-Sumqayıt şosesinin Biləcəri qəsəbəsinin ərazisinə düşən hissəsində baş verib.

99-JH-641 dövlət qeydiyyat nişanlı "Mercedes Actros" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolayrıcı dəmir çəpərə çırpılaraq aşıb. Avtomobilin içərisində olan iribuynuzlu heyvanlar yol kənarına tökülüb. Bir heyvan tələf olub. Yolda sıxlıq yaranıb.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Femida.az

Açar sözlər: #Bakı   #maşın   #mal-qara   #qəza  

Oxunub: 859