ABŞ ordusuna gey komandan gətirilir


15:40     19 Sentyabr 2015 19army-web-master675.jpg

ABŞ prezidenti Barak Obama homoseksual oriyentasiyasını gizlətməyən Erik Fenninqin namizədliyini ABŞ ordusunun naziri vəzifəsinə irəli sürüb.


Bu barədə AzVision.az “BBC News”-a istinadən xəbər verir.

Obama vurğulayıb ki, Fenninq böyük təcrübəyə və özünəməxsus liderlik keyfiyyətlərinə malikdir.

Yaxın günlərdə senatın hazırda ordu nazirinin müavini Fenninqin naməzdliyini təsdiqləyəcəyi gözlənilir.

Son 25 il ərzində o, Konqres və Pentaqonda müxtəlif vəzifələr tutub. Bundan başqa Fenninq “Gay & Lesbian Victory Fund” təşkilatının rəhbərliyində təmsil olunub. Bu təşkilatın əsas məqsədi isə dövlət orqanlarında homoseksual oriyentasiyasını gizlətməyənlərin sayını artırmaqdır.

2011-ci ildə Obama Administrasiyası rəsmi olaraq ABŞ ordusunda gey və lezbiyanların orduda xidmət etməsini qadağan edən `Don`t ask, don`t tell` siyasətini ləğv edib.

Açar sözlər:

Oxunub: 974