Dünyanın ən xoşbəxt xalqı hansıdır? - SİYAHI

Dünyanın ən xoşbəxt xalqı hansıdır? - SİYAHI

22:11     14 Mart 2018 18_03_14_1521036221.jpg

BMT Dünya Xoşbəxtlik Hesabatını təqdim edib.

Femida.az xəbər verir ki, insan ömrünün gözlənilən uzunluğu, sosial dəstək, korrupsiya və bu kimi digər göstəricilərin nəzərə alındığı “The World Happiness Report” məruzəsində dünyanın 156 ölkəsinə qiymət verilib.

Miqrantların da xoşbəxtlik səviyyəsinin nəzərə alındığı siyahıya liderliyi Finlandiya edir. Bildirilir ki, dünyanın ən xoşbəxti Finlandiya əhalisidir. Bu ölkəni Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zellandiya, İsveç və Avstraliya izləyib.

ABŞ bu il 4 pillə geriləyərək 18-ci yerdə qərarlaşıb.

Femida.az

Açar sözlər: #xalq   #dünya   #BMT  

Oxunub: 1379