Kapitalbankda həyəcan siqnalı - Polislər hadisə yerində

"Kapitalbank"da həyəcan siqnalı - Polislər hadisə yerində


22:13     14 Mart 2018 maska_0235.jpg

Ucarda dükan qarət olunub.


Hadisə martın 13-də, gecə saatlarında şəhərin Oğuz küçəsində qeydə alınıb. Rayon sakini İsmayıl Həsən oğlu Əliyevə məxsus qızıl dükanı qarət edilib.

İ. Əliyev bildirib ki, maskalı şəxs dükanın qapısını sındıraraq içəri daxil olub və 9900 manat dəyərində zinət əşyalarını oğurlayıb. Ərazidə olan təhlükəsizlik kamerası olayı qeydə alıb. Hadisə barədə səhər işə gələndə xəbər tutub dükan sahibi rayon Polis Şöbəsinə məlumat verib.

Polisdən verilən məlumata görə, gecə saatlarında həmin ərazidə yerləşən "Kapitalbank"ın siqnalizasiyası işə düşüb. Bankdan da oğurluq edilməsinə cəhd olunduğu ehtimal edilir. Digər versiyaya görə, oğurluq edilən dükan bankın yaxınlığında yerləşdiyindən dükanın qapısı sındırılarkən bankın siqnalizasiyası işə düşüb. Fakt araşdırılır.

Femida.az

Açar sözlər: #Ucar   #maskalı   #bank   #dükan   #qızıl  

Oxunub: 3978