MMA döyüşçüləri həbs olundu - Zorakılıq üstündə


13:25     15 Mart 2018 hebs89.jpg


Dağıstanda MMA döyüşçüləri Vahab Vahabov və Yusup Süleymanov zorakılıq, şantaj və soyğunçuluq iddiaları ilə polis tərəfindən saxlanılıb.


Dağıstanlı idmançılar yerli KİV-lərdən birinin rəhbərini təhdid edərək, ondan külli miqdarda pul tələb ediblər.

İddiaya görə, MMA döyüşçüləri həmin şəxsdən 6 milyon rubl alıblar.

İdmançılar saxlandığı zaman onların üzərindən odlu silah da çıxıb.

Faktla bağlı araşdırma aparılır./publika.az

Femida.az

Açar sözlər: #rusiya   #mma   #həbs  

Oxunub: 1074