89 cinayət törədildi, 36 nəfər saxlanıldı - Bir gündə


13:45     15 Mart 2018 bakida%20silsile%20cinayetler.jpg

Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələrin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, martın 14-də 89 cinayət faktını qeydə alıb, onların da 16-sı “isti izlər”lə açılıb.

Eyni zamanda, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər: #DİN   #kriminal   #cinayət  

Oxunub: 972