“Türk axını” reallaşır


01:53     10 May 2015 2879385243trkakminaat4.jpg

“Türk axını” boru kǝmǝrinin açıq dǝnizdǝ qalan hissǝsinin tikinti işlǝrini başlatmağı qǝrara almışıq.


Femida.az xəbər verir ki, bunu “Qazprom”un rəhbəri Aleksandr Miller Rusiyanın “Rossiya 24” televiziyasına müsahibǝsindǝ deyib.

Türkiyǝnin rǝsmi mǝnbǝlǝri isǝ tikintisinǝ başlanacaq kǝmǝrin “Türk axını” sistemini tǝşkil edǝcǝk dörd boru kǝmǝrindǝn sadǝcǝ biri olduğunu bildiriblǝr.

Qaynaqlar hǝmin kǝmǝrin “Türk axını” çǝrçivǝsindǝ Avropaya daşınması planlaşdırılan 47 milyard kubmǝtrlik hissǝsini ǝhatǝ etmǝdiyini, sadǝcǝ Türkiyǝnin layihǝ daxilindǝ alması nǝzǝrdǝ tutulan 16 milyard kubmetrlik qazı ölkǝyǝ daşıyacaq tǝk bir kǝmǝr olduğunu ifadǝ edib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 722