Məhkəmə 5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə bəraət verib


18:11     15 Mart 2018 hokm.jpg

Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Aslanovun barəsində verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub. Qərara əsasən, şikayət təmin edilib, E. Aslanova bəraət verilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2016-cı ilin sentyabrın 10-da Ələt-Astara yolunun Lənkəranın Liman şəhərindən keçən hissəsində olub. Lənkəranın Boladi kənd sakini Bəxtiyar Quliyevin avtomobili Parakənd qəsəbə sakini Eldar Aslanovun avtomobil ilə toqquşub.

Nəticədə Bəxtiyar Quliyev, onun həyat yoldaşı Əzizə Quliyeva, sərnişinlər - Bahar Bağırova, Nazilə Seyfullayeva və Reyhan Mahmudova ölüblər. Digər sürücü Eldar Aslanov və sərnişinləri Elman Ağazadə, Akif Nuriyev, Murad Cəfərli və Elvin Mirzəzadə isə xəsarət alıblar.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Aslanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər: #hökm   #hakim   #məhkəmə   #qətl   #cinayət   #kriminal  

Oxunub: 1147