Urmiya gölü problemi BMT-də müzakirə ediləcək


16:53     19 Sentyabr 2015 bmt8.jpg

Sentyabr ayının 21-də Cenevrədə BMT-nin İnsan Haqqları üzrə Ali Komissarlığında İran azərbaycanlılarının, İranda yaşayan milli azınlıqların durumu və Urmiya gölünün ekoloji faciəsi ilə bağlı dinləmələr keçiriləcəkdir.


DAK Mətbuat və İnformasiya Xidmətindən Femida.az-a verilən məlumata görə Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı müzakirələrə qatılmaq və bu mövzuda çıxış etmək məqsədilə senytabrın 20-də Cenevrəyə yola düşəcək.

Dinləmələrdə DAK həmsədri ilə yanaşı Avropada fəaliyyət göstərən Güney Azərbaycan Demokrat Partiyasının ( GADP ) başqanı Mahmud Bilgin, Avropa Azərbaycanlıları Aliyansının (AAA) üzvü Aida Bilgin və İranın azsaylı xalqlarının nümayəndələri iştirak edəcəkdir.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1362