Evi satıb arvadını küçəyə atan kişi məhkəmə qarşısında - 4 ildir qərarı icra etməyən Zaur həbs oluna bilər


21:04     15 Mart 2018 2018/03/zaur_1521119681.png

Sumqayıt şəhər sakini Nəcəfova Xoşgül İzzət qızının əri tərəfindən evinin satılması və küçələrə atılması barədə məlumat vermişdik.


2014-cü ildə ailə həyatı qurduğu Allahverdiyev Zaur Mənsim oğlu Xoşgül Nəcəfovaya məxsus evi satdıqdan sonra onu küçələrdə qoyaraq Rusiya Federasiyasına qaçıb. Evlilikdən əvvəl Zaura Allahverdiyev Xoşgül Nəcəfovadan borc olaraq 23 min dolları qaytarmadığı üçün iş məhkəməyə qədər uzanmışdı.Bir müddət əvvəl Femida.az -a müraciət edən Xoşgül Nəcəfova Sumqayıt Şəhər Məhkəməsinin 2014-cü ildə çıxardığı qərar bu günə kimi cavabdeh şəxs tərəfindən icra olunmadığını və müxtəlif bəhalərlə icradan yayındığını bildirmişdi.

Femida.az xəbər verir ki,cavabdeh şəxs Allahverdiyev Zaur Mənsim oğlu qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyi üçün Sabunçu rayon Məhkəməsi tərəfindən cərimə olunub. Məsələ ilə bağlı saytımıza yenidən müraciət edən Xoşgül İzzətova ərindən rəsmi qaydada boşandığını və ona verdiyi saxta sənədlə bağlı da məhkəməyə müraciət edəcəyini bildirib.

" Sizin saytınızda ərimin başıma gətirdiyi oyunlarla bağlı məlumat vermişdim.Məhkəmə qərar çıxarmışdı ki, Zaur məndən natarius qaydasında aldığı 23 min dollar pulu geri qaytarsın. Buna baxmayaraq bu qərar 4 ildir ki, yerinə yetirilmirdi. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra Sabunçu İcra Şöbəsinin icra məmuru Orxan Əliyev yuxarı rəhbərlik tərəfindən cəzalandırıldı. İşin icra edilməsi Təranə xanım adlı icra məmuruna tapşırıldı.Təranə xanım cavabdeh şəxs Zaur Allahverdiyevin məhkəmə qərarını icra etməməsini əsas gətirərək işi məhkəməyə yönləndirdi. Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Zaur 500 manat cərimə edildi və bir ay müddətinə 23 min dolları ödəməli olduğu qərarını verdi.İndi qərarın icra olunmasını gözləyirik. Bu məsələdə sona qədər gedəcəm. Mən artıq hüquqlarımı bilən qadınam.", deyə şikayətçi bildirib.

Femida.az -ın Xoşgül İzzətovanın müraciəti ilə bağlı hazırladığı videonu təqdim edirik:




Mircəlal Məcidli
Femida.az


Açar sözlər: #Sumqayıt   #Xoşgül_Nəcəfova   #Məhkəmə   #hakim   #Video  

Oxunub: 2641