Lavrov səhnədə yıxıldı və zarafat etdi - VİDEO


23:34     15 Mart 2018 18_03_15_1521128156.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən “Rusiya – imkanlar ölkəsi” forumunda səhnəyə çıxan zaman yıxılıb.

Femida.az NTV telekanalına istinadən xəbər verir ki, səhnəyə çıxanda büdrəyən xarici işlər naziri diz üstə çöküb, amma tez ayağa qalxıb və yerinə oturub. O forumda çıxışını yıxılması ilə bağlı zarafatla başlayıb: “Gördünüz? Büdrədim. Amma yaxşı ki, diplomatik cəbhədə deyil, səhnədə büdrədim”.


Femida.az

Açar sözlər: #Lavrov   #Rusiya   #səhnə   #video  

Oxunub: 3001