Ərzurumda Qarabağ parkı açılacaq


23:57     15 Mart 2018 18_03_15_1521129536.jpg


Millət vəkili Qənirə Paşayevanın Ərzurumda Qarabağ parkı və abidəsi təklifi dəstəklənib.



Millət vəkili Ərzurum Böyükşəhər bələdiyyə başqanı Məhmət Səkmən ilə görüşüb.

Bələdiyyə başqanı millət vəkilinin qardaş bələdiyyələr təklifini də dəstəkləyib.

Q.Paşayeva görüşdə Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbir diləyib, terroru və onun arxasında duranları lənətləyib.

Ərzurum bələdiyyə başqanı Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi diqqət edəcəyini deyib.

Millət vəkili Azərbaycan bölgələri ilə Ərzurum arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.

Q.Paşayeva həmçinin Ərzurumdan olan millət vəkilləri İbrahim Aydəmir, Mustafa İlicalı, Ərzurum valisi Seyfettin Azizoğlu ilə də görüşüb.

Söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib.

Bundan başqa millət vəkili Q.Paşayeva Ərzurumda Azərbaycan Xalq Cumhuriyyətinin 100- ildönümü ilə bağlı keçirilən gecədə türk gəncliyinə çağırış edib.

Tədbirdə Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər.

Erməni quldurlarının 20-ci əsrin əvvələrində Azərbaycanın müxtəlif bölgələrində törətdiyi soyqırımlar, 20-ci əsrin sonunda işğalçı Ermənistanın arxasında duran güclərdən cəsarət alaraq Azərbaycana qarşı törətdiyi vandalizm aktları haqda geniş danışan Q.Paşayeva harada doğulub-yaşamasından asılı olmayaraq hər bir türk insanını bu həqiqətləri dünyaya daha geniş duyurmağa çağırıb./axar.az

Femida.az

Açar sözlər: #ərzurum   #Qarabağ   #park   #Qənirə_Paşayeva  

Oxunub: 853