Bu ölkəyə yeni səfir təyin edildi


17:28     19 Sentyabr 2015 1I87K9eVK8gQ1.jpg

Azərbaycan Respublikasının Trinidad və Tobaqo respublikasındakı səfiri Elnur Sultanov sentyabrın 17-də etimadnaməsini bu ölkənin prezidenti Antoni Karmonaya təqdim edir.


Femida.az xəbər verir ki, mərasim zamanı səfir E. Sultanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını A. Karmonaya çatdırıb. Səfir həmçinin, Azərbaycan ilə Trinidad və Tobaqo əlaqələrinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu və iki ölkə arasında energetika, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu diqqətə çatdırıb.

Prezident A. Karmona səfir E. Sultanova təşəkkür edərək, səmimi salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib. O həmçinin, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüş zamanı Azərbaycan ilə Trinidad və Tobaqo arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.


E. Sultanov Trinidad və Tobaqo Respublikasının xarici işləri nazirliyinin rəsmiləri ilə bir sıra görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivləri ətrafında ətraflı müzakirələr aparılıb.

Açar sözlər:

Oxunub: 983