Dini mağazalarda yoxlama başladı - Qanunsuz kitablar var
13:58 16 Mart 2018
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi Masallı rayonu ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan bir neçə mağazada reyd keçirib.
Komitədən Femida.az-a bildirilib ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatın və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatın istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.
Masallı şəhərindəki “Köhnə bazar” adlanan ərazidə yerləşən ticarət obyektində Əzizli Pənah Taleh oğluna məxsus mağazada yoxlama zamanı satış üçün xüsusi razılığı olmayan 29 adda dini məzmunlu kitab aşkarlanaraq müsadirə edilib. Aşkarlanmış qanun pozuntusuna görə həmin mağaza sahibi barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək araşdırma üçün məhkəməyə göndərilib.
Femida.az
Oxunub: 1805
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Ukrayna Baş Qərargahı: "Dementivka istiqamətində hücum cəhdinin qarşısı alınıb"
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Azərbaycanda COVID-19 peyvəndinin effektivliyi üzrə tədqiqatın II mərhələsi başlayıb
- Şarl Mişel Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşündən yazıb
- Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirilib
- Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb
- Keçmiş məhkum kənd məscidinin nəzir qutusunu qarət etdi