Bakıda bu obyekt 37 milyona satışa çıxarıldı


14:23     16 Mart 2018 18_03_16_1521181435.jpg


Bakıda Bakıxanov qəsəbəsində yerləşən "Fındıq yetişdirilməsi və emalı əmlak kompleksi” hərraca çıxarılıb.

Femida.az xəbər verir ki, bu qeyri-yaşayış sahəsi üzrə hərrac aprelin 9-da keçiriləcək. Əmlak kompleksinin hərracı açıq formada keçiriləcək. İlkin qiymət - 37 744 000 (otuz yeddi milyon yeddi yüz qırx dörd min) manatdır.

Əmlak kompleksinin tərkib hissəsi olan torpaq sahələrinin dəyəri - 10536603 manat, binalar, tikililər və tamamlanmamış tikilinin dəyəri 18950826 manat, nəqliyyat vasitələri, texnika və avadanlıqlar, digər aktivlər isə 8256571 manatdır.

Femida.az

Açar sözlər: #obyekt   #satış   #Bakı  

Oxunub: 935