Polis universitetə hücumla bağlı 5 nəfəri həbs etdi


18:31     04 Aprel 2015 keniya.jpg

Keniya polisi Qarissa şəhərindəki universitetə hücumla əlaqədə şübhəli bilinən 5 nəfəri həbs edib.


Bu barədə Keniyanın daxili işlər naziri Cozef Nikaisseri məlumat verib.
Femida.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, polisin məlumatına görə, hücumu yerli məktəbin keçmiş direktoru və müəllimi olan Keniya vətəndaşı Məhəmməd Kuno təşkil edib. Onun yaxalanması üçün 50 min dollar həcmində mükafat təyin olunub.

Xatırladaq ki, aprelin 2-də Somalinin “Aş-Şabab” qruplaşması yaraqlılarının Keniyanın Qarissa şəhərindəki universitetdə törətdiyi terror aktı nəticəsində 147 nəfər həlak olub.

Bir neçə il bundan əvvəl Somalinin xeyli hissəsinə nəzarət edən qruplaşma Afrika İttifaqı hərbi kontingentinin və Keniya ordusunun dəstəklədiyi Moqadişo silahlı qüvvələrinə məğlub olduqdan sonra öz mövqelərini itirib.

Femida.az 

Açar sözlər:

Oxunub: 556