Azadlıq prospektində vurulan piyada öldü


18:30     16 Mart 2018 astarada-piyadan-vurub-ldrdlr_146.jpeg

Martın 15-də saat 9 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Tahirə Mahmudova vurulub və nəticədə piyada hadisə yerində ölüb.


DİN-dən Femida.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "KİA" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Anar Əhmədov saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Avtomobil   #Sürücü  

Oxunub: 720