"Şəhid övladı adından heç vaxt istifadə etməmişəm" -Cavid Hüseynov


18:55     16 Mart 2018 18_03_16_1521197814.jpg


Futbolçu Cavid Hüseynov jurnalist Rasim Əlliyevin öldürülməsi zamanı yaşadığı günlərdən danışıb. Femida.az xəbər verir ki, futbolçu publika.az saytına müsahibəsində həbsdə olduğu günləri xatırlayıb. "Qəbələ"nin üzvü şəhid övladı olduğunu, lakin həbsdə olarkən, heç vaxt bunu dilə gətirib faydalanmadığını bildirib:

"Ümumilikdə 4 il cəzaya məhkum edilmişdim. Məhkəmə zalında hər kəs şoka düşmüşdü. Anam oturacaqdan ayağa qalxa bilmirdi. İki övladım var. Onların hər biri üçün cəzadan 6 ay çıxılmalı idi. Onu belə çıxmadılar.

Heç vaxt bu addan istifadə etməmişəm. Çox insan da bilmir bunu: mən şəhid övladıyam. Atamı sonuncu dəfə 4 yaşımda görmüşəm. Qarabağda döyüşürdü. Bir dəfə yaralanıb gəldi. Yaralı-yaralı hospitaldan qaçıb yenə cəbhəyə qayıtdı. Ağdamda şəhid oldu. O gedəndə bacımın 2, qardaşımın 6 yaşı var idi. Hətta cənab prezident İlham Əliyev atama ölümündən sonra “İgidliyə görə” medal da verib. Lakin mən yenə də dilimə gətirmədim şəhid övladı olduğumu".

Femida.az

Açar sözlər: #Cavid_Hüseynov   #futbol   #Qəbələ  

Oxunub: 1470