10 nəfər selin qurbanı oldu - İRANDA


21:43     19 Sentyabr 2015 sell.jpg

İranda daşqın nəticəsində azı on nəfər ölüb. "Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.


Məlumata görə, 6 nəfər Tehrandan 25 km cənub-şərqdə yerləşən Pakdəşt şəhərində, ikisi uşaq olmaqla, 4 nəfər isə Hürmüzqan əyalətində həyatını itirib.

Qeyd edək ki, bir müddət öncə hakimiyyət ölkənin 10 əyalətində çayların səviyyəsinin artacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Açar sözlər:

Oxunub: 689