Nazirlər Kabineti istefaya gedir - Rəsmi Açıqlama

Nazirlər Kabineti istefaya gedir - Rəsmi Açıqlama

16:15     16 Mart 2018 18_03_16_1521202722.jpg


"Hökumət bir aydan sonra istefa verəcək”.

Femida.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Zahid Oruc deyib.

O bildirib ki, prezident seçkilərindən sonra Azərbaycan hökuməti istefa verəcək və yenidən formalaşacaq:

"Yeni hökumətin formalaşması isə son bir ilin kontekstində deyil, ən azı 5 ilin yekunlarına görə olacaq. Yeni hökumət formalaşarkən siyasi, iqtisadi təhlükəsizlik məsələlərinə diqqət veriləcək və buna tələblərə cavab verən şəxslər komanda da yer alacaq”.

Deputat deyib ki, prezident seçkiləri ərəfəsində ölkədə sabitliyin ölçüsü hamını qane edir.

Bununla belə o qeyd edib ki, xaricdəki kəşfiyyat təşkilatları tərəfindən himayə edilən qüvvələr Azərbaycan əleyhinə kampaniya aparır.

"Mən dövlətimizin möhkəmliyinə xələl gətirmək istəyənlərə cavab vermək istəyirəm. Hesab edirəm ki, bu, tək dövlətə qarşı deyil, Azərbaycanın hər bir insanına qarşıdır.

İlk növbədə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edib. Ona görə Şeyx başda olmaqla hər kəsi - ziyalıları, mədəniyyət xadimlərini mübarizə aparmağa çağırıram. Biz ölkə əleyhinə kampaniya aparanlara qarşı etirazımızı bildirməliyik”.

Femida.az

Açar sözlər: #Nazirlər_Kabineti   #hökumət   #istefa   #Zahid_Oruc  

Oxunub: 6420