Bakı və Sumqayıtda böyük Novruz yarmarkaları açılır – Ünvanlar


20:57     16 Mart 2018 18_03_16_1521205167.jpg


Sabahdan Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində yarmarkalar fəaliyyət göstərəcək.

Femida.az xəbər verir ki, martın 20-nə qədər davam edən yarmarkalarda kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcək.

Yarmarkalar Bakı şəhəri Xətai rayonu ərazisində Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığında, Nərimanov rayonunda Keşlə bazarının ərazisi, Səbail rayonunda Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxasında, Suraxanı rayonu Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanında, Binəqədi rayonu Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığında təşkil olunacaq.

Sumqayıt şəhəri üzrə isə 12-ci mikrorayon ərazisində yarmarka keçiriləcək.

Femida.az

Açar sözlər: #yarmarka   #novruz   #bayram  

Oxunub: 1087