"Laqonda" ilə şah damarını doğradı - Bakıda faciəli ÖLÜM


13:17     17 Mart 2018 2018/01/laqonda_27476_1516169596.jpg

Xəzər rayonunda bir nəfər ehtiyatsızlıqdan özünü doğrayıb.


Hadisə Binə qəsəbəsində baş verib.

"Südçülük Sovxozu" kimi tanınan ərazidə yaşayan 1985-ci il təvəllüdlü Həsənov Çingiz Məhəmməd oğlu alətlə - "laqonda" ilə dəmir kəsərkən ehtiyatsızlığa yol verib. Nəticədə o, qurşaq nahiyəsində şah damarını doğrayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Laqonda   #Usta   #Bakı   #Xəzər  

Oxunub: 4867