Ohanyan Sarkisyanın baş nazir olmasını istəmir


14:47     17 Mart 2018 18_03_17_1521269242.jpg


Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkənin səlahiyyət müddəti başa çatmaq üzrə olan hazırkı prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etraz edənlərə qoşulacaq.

Parlamentdəki “Çıxış” müxalifət fraksiyası ilə yanaşı parlamentdənkənar müxalifət sayılan Erməni Dövləti Uğrunda Cəbhə də S.Sarkisyanın hökumət başçısı olmasının əleyhinədir.

Təşkilatın təmsilçiləri başqa siyasi qüvvələr, o cümlədən İrs Partiyasının sədri Armen Martirosyan və Demokratik Vətən Partiyasının lideri Petros Makeyan, Erməni Milli Konqresi sədrinin müavini Levon Zurabyan bir araya gələrək məsələni müzakirə ediblər. Onlar yaxın günlərdə keçmiş müdafiə naziri S.Ohanyanla da görüşərək danışıqlar aparacaqlar.

“Çıxış” bloku S.Sarkisyanın namizədliyinin baş nazir postuna irəli sürülməsinə etraz olaraq aprelin 3-də Yerevanda mitinq-yürüş keçirəcək. Bununla bağlı artıq şəhər merinə müraciət olunub.

Qeyd edək ki, aprelin 19-da Ermənistan Respublikaçılar Partiyası baş nazir postuna namizəd irəli sürəcək. Hakim partiyanın bu posta namizədinin indiki prezident Serj Sarkisyan olacağı gözlənilir./report

Femida.az

Açar sözlər: #Ermənistan   #siyasət   #Sarkisyan  

Oxunub: 1343