Azərbaycanlı və türkiyəli şəhid övladları görüşdü


15:00     17 Mart 2018 18_03_17_1521270017.jpg


“Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsi əsasında azərbaycanlı və türkiyəli şəhid uşaqları görüşüb.

Femida.az xəbər verir ki, layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin təşkilatçılığı ilə həyata keçirilib.

Layihə çərçivəsində azərbaycanlı şəhid övladları Ankara şəhərinə gediblər. Azərbaycanlı şəhid övladları 15 iyul şəhidlərinin ailələri ilə də görüşüblər.

Martın 27-dək davam edəcək səfər zamanı 38 azərbaycanlı şəhid övladı Türkiyənin 6 şəhərində bir sıra görüşlər keçirəcək, gəzməli-görməli yerlərdə olacaqlar.



Femida.az

Açar sözlər: #şəhid   #Türkiyə   #Azərbaycanh   #övlad  

Oxunub: 901