Narkoloji dispanserdə ölənlərin ailələrinə maddi yardım tam ödənilib
15:27 17 Mart 2018
Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə maddi yardım ödənilməsi tam başa çatıb.
Femida.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında baş nazirin müavini, yanğınla əlaqədar yaradılan komissiyanın sədri Abid Şərifov deyib. Baş nazirin müavini bildirib ki, Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə maddi yardım ödənilməsi tam başa çatıb.
“Yanğın nəticəsində həlak olan hər bir şəxsin ailəsinə 10 min manat, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. Aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib. Həmin şəxslərə maddi yardımın ödənilməsində heç bir probelm olmayıb”.
Qeyd edək ki,martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Aparılan araşdırma zamanı yanğının qəsdən törədildiyi məlum olub. Hadisədə təqsirli bilinən Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb.
Oxunub: 1436
Oxşar xəbərlər
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Bakıda küçədə gecələyən yeniyetmə Narkoloji Dispanserə yerləşdirilib
- Hərbçilər icbari narkoloji müayinədən keçəcək
- Narkoloji Mərkəzə yeni baş direktor təyin edilib
- Ötən il 31432 nəfər Narkoloji Mərkəzdə qeydiyyatda olub
- Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmə işindən SON XƏBƏR
- Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi
- Vəkil Narkoloji Mərkəzin sabiq direktoruna bəraət istəyib
- Prokuror Narkoloji Mərkəzi yandıran şəxsə ömürlük cəza istədi
- Narkoloji Mərkəzin həbsdə olan əməkdaşı: “Azərsu”ya müraciət etmişdik...”