Türkiyə Suriya sərhədinə əlavə qoşun toplayır


19:11     17 Mart 2018 18_03_17_1521274679.jpg

Türkiyə Suriya ilə sərhədinə əlavə hərbi texnika göndərir.



Femida.az -ın məlumatına görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazırlar.

Xəbər verilir ki, hərbi texnika Suriyanın Afrin bölgəsi ilə sərhəddə yerləşən Hatay vilayətinə göndərilib.

Qeyd edək ki, martın 13-də Baş Qərargahın bəyanatında deyilir ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Azadlıq Ordusunun qüvvələri Afrini tamamilə mühasirəyə alıblar.

Xatırladaq ki, yanvarın 20-də Suriyanın Afrin bölgəsində, Türkiyə Silahlı Qüvvələri Suriya Azadlıq Ordusu ilə birgə “Zeytun budağı“ adı altında hərbi əməliyyata başlayıb.


Femida.az

Açar sözlər: #Türkiyə  

Oxunub: 697